!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan neftinin qiyməti 75,5 dolları ötdü

!Reklam – Yazi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 75,60 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,75 dollar/barel çoxdur.

Yenicag.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 74,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,75 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 22-də 70,76 dollar/barel təşkil edib ki, əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə avqustun 22-də 73,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

COP29

www.yenicag.az

7066
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv