!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan Norveç səfirliyinin bağlanmasından heç nə itirmir” – Artur Süleymanov  

!Reklam – Yazi

“İkitərəfli münasibətlərə bu cür laqeydliyin göstərilməsi əslində, Norveçin “səmimiyyət”ini ortaya qoyur”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Norveçin Azərbaycandakı səfirliyini bağlamaq haqda qərarına münasibət bildirən Başqırdıstan “Berlek” (“Birlik”) Geosiyasi Tədqiqatlar Mərkəzi etnosiyasi araşdırmalar və konfliktologiya sektorunun müdiri Artur Süleymanov deyib.

Artur Süleymanovun sözlərinə görə, Norveçin Azərbaycandakı səfirliyinin fəaliyyətinə xitam verməsi heç bir halda “əvəzsiz itki” sayılmamalıdır:
“Hesab edirəm ki, Norveçin Azərbaycandakı səfirliyini bağlamaq qərarı çox yanlışdır və təəssüf doğurur. Azərbaycanla Norveç arasında müxtəlif sahələri – enerji, elm, mədəniyyət – əhatə edən hərtərəfli münasibətlər qurulub.

Ona görə də demokratiyanın xəyali siyasi təfsiri əsasında ikitərəfli münasibətlərə bu cür laqeydliyin göstərilməsi əslində, Norveçin “səmimiyyət”ini ortaya qoyur.

Azərbaycan Norveç səfirliyinin bağlanmasından əvəzi ödənilməyəcək heç nə itirmir. Çünki Azərbaycanın çox sayda dostları, müttəfiqləri, o cümlədən, MSB formatında münasibətləri qoruyub saxlamağı bacaran tərəfdaşları var. Rusiya bu siyahıda birinci olmasa da, öndə gələnlərdən biridir.

Qafqaz Ömərov

COP29

www.yenicag.az

5244
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv