!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan Ordusunu digər ölkələrin ordularından fərqləndirən əsas cəhət...” – Hərbi ekspert

!Reklam – Yazi

“Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejimində də səngiməyən döyüşlərdə ciddi təcrübə qazanıb”.

Bunu işğaldan azad edilən ərazilərimizin hərbi-strateji baxımdan malik olduğu üstünlükləri və ümumilikdə ölkənin hərbi sahəsinin inkişafındakı mümkün təsirlərini dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazovun sözlərinə görə, işğaldan azad edilən ərazilərimiz strateji baxımdan mühüm əhəmiyyətə malikdir:

“Əvvəlki konfiqurasiyada cəbhə xətti düzəngahdan keçirdi, dağlar üzərində yer çox az idi. Əsas yüksəkliklər düşmən tərəfdə yerləşirdi. Lakin Azərbaycan əsgəri olduqca yüksək səviyyədə hazırlanmış plan üzrə döyüş tapşırığını yerinə yetirdi və artıq həmin yüksəkliklərin bir çoxu bizim nəzarətimiz altındadır.

Artıq bir neçə istiqamət üzrə Azərbaycan əsgəri müasir texnologiyaya istinad edərək, artilleriya və pilotsuz uçuş aparatlarının köməyi ilə düşmənin atəş nöqtələrinin susdurulmasına nail olur. Daha sonra isə piyada qüvvələri həmin yüksəklikləri nəzarət altına götürür.

Möhkəmlənmədən sonra digər qüvvələr yüksəkliklərə yerləşdirilir. Bu isə olduqca mühümdür. Çünki düşmən daim atəşkəsdən xaincəsinə istifadə etməklə, yaşayış məntəqələrimizi və ordumuzun hərbi hissələrini mühasirəyə ala bilər. Bütün hallarda ermənilərin bu variantları artıq baş tutmur və onlar bunu anlayırlar.

Ermənistan artıq son ehtiyat qüvvələrini döyüş meydanına göndərir. Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejimində də səngiməyən döyüşlərdə ciddi təcrübə qazanıb və buna görə də ordumuz sülh şəraitində yaradılan digər ordulardan çox fərqlənir.

Azərbaycan ordusu döyüşkəndir və hazırda əldə etdiyi uğurlarla dövlətimizin və xalqımızın nüfuzunu tam bərpa edib. Sülh müqaviləsindən sonra da Ermənistana qarşı daim diqqətli olmalıyıq və ordumuzun gücləndirilməsi fasiləsiz davam etməlidir”.

Gülşən Şərif

www.yenicag.az

1942
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv