Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ikinci yarısının ilk turu bir dəqiqəlik sükutla başlayacaq.
Yenicag.az xəbər verir ki, bu, “Qarabağ”ın təsisçilərindən olan sabiq futbolçu və baş məşqçi Adil Nadirovun dünyasını dəyişməsi ilə əlaqədardır.
15-ci turun bütün qarşılaşmalarında A. Nadirovun xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Artıq Peşəkar Futbol Liqası bununla bağlı qərar qəbul edib.
Qeyd edək ki, 15-ci turun oyunları 2-3 fevralda keçiriləcək.
www.yenicag.az