“Azərbaycan üzünü Rusiyaya çevirəcək”

media-hightechnic-468x90

xx“Ehtimal etmək olar ki, Azərbaycan üzünü Rusiyaya çevirəcək”.

Bu sözləri  açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Azərbaycanın artıq balanslaşdırılmış siyasətdən üz çevirmək niyyətində olduğunu bildirib:

“Görünür, Azərbaycan artıq Qoşulmayanlar Alyansından çıxmaq niyyətindədir. Yəni artıq balanslaşdırılmış siyasət yürütməyəcək. İranla və Rusiya ilə intensiv danışıqlar gedir. Ola bilsin ki, artıq xarici siyasətdə yeni rakurslar müəyyənləşdirilir. Bunun necə həyata keçiriləcəyi hələ ki, açıqlanmır. Amma ehtimal etmək olar ki, Azərbaycan üzünü Rusiyaya çevirəcək. Avropa Birliyinə daxil olmaq üçün müəyyən razılaşmalar əldə edilməlidir, bunun üçün NATO-ya daxil olmaq lazım gələcək və bu da uzun bir prosedurdur. Ölkədə ciddi islahatlar həyata keçirilməli, qanunvericilik tamamilə Avropa standartlarına uyğunlaşdırılmalıdır. Ən əsası isə siyasi islahatlar tətbiq edilməlidir. Mən bizim ölkənin bu xəttə hazır olduğu qənaətində deyiləm. Zənnimcə, Mahmud Məmmədquliyev bunu deyəndə heç də Qərbi nəzərdə tutmayıb”.

Qeyd edək ki, bu gün Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın Avropa Birliyindən assosiasiya sazişindən daha yüksək müqaviləni istədiyini bildirib(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600