Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşdü – Milanda

İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakaryan arasında görüş başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva məlumat yayıb.

“Elə indicə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüş başlayıb”, – deyə o, şəxsi “Twitter” hesabında yazıb.

COP29