Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

media-hightechnic-468x90

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstanda mədəndə baş vermiş faciəyə görə Qazaxıstana başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “X” səhifəsində paylaşım edilib.

“Qazaxıstanda mədən ərazisində baş vermiş yanğının faciəvi nəticələri bizi dərindən kədərləndirir. Düşüncələrimiz və dualarımız kədərli ailələr, qardaş xalq və Qazaxıstan hökuməti ilə birlikdədir. Azərbaycan dəhşətli faciədən sonra Qazaxıstanın yanındadır”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Qazaxıstanda şaxtada baş vermiş partlayış nəticəsində 28 nəfər həlak olub, 18 nəfərin isə axtarışları davam etdirilir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600