Azərbaycana 72 yük vaqonu gətirilib

media-hightechnic-468x90

21b487510f5a30dde1cfde1a0a7cefbeBu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə Azərbaycana daha 72 yeni yük vaqonu gətirilib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunun 50-si yarımvaqon, 22-si iritonnajlı konteyner daşıyan platforma vaqonlarıdır. Bu günlərdə daha 50 yük vaqonunun ölkəmizə gətiriləcəyi gözlənilir.

Xatırladırıq ki, bu ilin mart ayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb, görüşdə “Uralvaqonzavod”dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb.

Qeyd edək ki, bundan əvvəl 25 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yarımvaqon tipli 50 yük vaqonu ölkəmizə gətirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600