Azərbaycana xaricdən pul köçürmələri azalıb

media-hightechnic-468x90

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 317.9 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 87.4 milyon manata bərabər olub.

media-banner_tkm

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-fevral aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 144.5 milyon manat, banklardan xaricə köçürmələr isə 29.6% və ya 36.7 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 2 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 462.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 124.1 milyon manat təşkil edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05