Gədəbəy rayonunda 17 yaşlı qız 50 yaşlı kişiyə ərə verildiyi iddia olunub.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, 17 yaşı qız 50 yaşlı Elfaq Şəkərbəyli ilə ailə həyatı qurur.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, E.Şəkərbəyli dörd dəfə evlənib-boşanıb. Bu, onun beşinci evliliyidir. Hazırda nişanlandığı 17 yaşlı qızla oğlunun nişanında tanış olub. Belə ki, kişi oğlunun nişanında gəlinin bacısını görüb, bəyənib. Daha sonra oğlu ilə nişanlısı ayrılsa da, kişi ilə 17 yaşlı qız evlənməyə qərar verib.
E.Şəkərbəyli iş adamıdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, yeniyetmənin nikaha daxil olması barədə Gədəbəy Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb:
“Yayılan görüntülərdə qızın 17 yaşı olduğu qeyd edilib. Bütün bunlara baxmayaraq, araşdırma aparılır”.
www.yenicag.az