Azərbaycanda 4500 evdə qaz kəsildi - FOTO

media-hightechnic-468x90

Bu gün Xaçmaz rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Xaçmaz” Qaz Paylayıcı Şəbəkəsindən qidalanan və Qaradağlı kəndinin ərazisində keçən 315 mm-lik orta təzyiqli qaz xəttinin ətrafında məişət tullantılarının yandırılması nəticəsində qaz xətti zədələnib. Bu səbəbdən 4 500 abonentin qaz təchizatı kəsilib. Artıq təmir işlərinə başlanılıb. İşlər sona çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa