Azərbaycanda at əti satan şəxs tutulub

media-hightechnic-468x90

93429Kürdəmirdə qanunsuz olaraq at əti satan şəxs tutulub.

Rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən aparılan reyd zamanı Xınıslı kənd sakini Anar Bağırovun həyətində iki atın kəsildiyi faktı aşkarlanıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman atların kəsilməsi və soyulması üçün xüsusi qurğular tapılıb. Qara ciyər serrozu xəstəsi olduğunu deyən Anar Bağırov kəsdiyi atları Bakı şəhərində mal əti adı ilə satmaq istədyini etiraf edib. Aşkar olunan ətlər bayratlıq idarəsinin əməkdaşları tərəfindən müsadirə olunaraq Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Anar Bağırovun əvvəllər də bu işlə məşğul olub-olmadığını dəqiqləşdirmək üçün hüquq mühafizə orqanlarında araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600