Azərbaycanda bir neçə ev yandı

media-hightechnic-468x90

yangin esas edfvgtfy279Bu gecə Azərbaycanın müxtəlif yerlərində bir neçə ev yanıb.

İlk yanğın hadisəsi Lənkəran şəhərində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 8 otaqdan ibarət yaşayış evinin birinci mərtəbəsində mətbəxin tavanı 20 kv.m sahədə yanıb.

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.

Sabunçu rayonunda isə vətəndaşlara məxsus ümumi sahəsi 336 kv.m olan 3 evin yanar konstruksiyaları 92 kv.m sahədə yanıb.

Hər üç yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600