Azərbaycanda dizel generatoru istehsalına başlanıldı - İlk dəfə / VİDEO

media-hightechnic-468x90

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “STP” MMC Azərbaycanda ilk dəfə olaraq dizel generatorlarının istehsalına başlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, şirkət tərəfindən ilkin olaraq iki model – 27,5 kVA və 55 kVA dizel generatorları istehsal edilir. Yaxın vaxtlarda modellərin sayının artırılması nəzərdə tutulur. Hazırda istehsal edilən hər generatorun çıxış gərginliyi 220-400 volt aralığındadır.

Qeyd edək ki, “STP” MMC-yə 2017-ci ilin noyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib. İnvestisiya dəyəri 673 milyon ABŞ dolları olan müəssisədə 2300 nəfərdən artıq insan daimi işlə təmin edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05