Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda dönərçi faciəvi şəkildə öldü

Mingəçevir şəhərində dönərçini elektrik cərayanı vuraraq öldürüb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin “Sahil parkı” ərazisində yerləşən “Baku” restoranında baş verib.

Belə ki, restoranda dönərçi işləyən Yevlax rayonunun Aran qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Həsənlini elektrik cərəyanı vurub.

İlkin məlumata görə, hadisə elektrik enerjisi ilə çalışan dönər aparatının nasaz olması səbəbindən baş verib. O, dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Həsənli ailəli olub, 3 azyaşlı uşağı var.

Yenicag.az

www.yenicag.az

330