!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ən yüksək pensiya nə qədərdir?

!Reklam – Yazi

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli şəxsi feysbuk hesabında pensiya sistemi ilə bağlı statistik məlumatları paylaşıb.

Yenicag.az xəbər verir ki, qurum rəsmisi pensiyanın 3 halda təyin olunduğunu bildirib:

1. Şəxs pensiya yaşına çatdıqda -yaşa görə pensiya
2. Şəxs əmək qabiliyyətini itirdikdə – əlilliyə görə pensiya
3. Şəxs vəfat etdikdə – Ailə başçısını itirməyə görə pensiya

Müşavir ümumi pensiyaçıların sayının 1,280,000 milyon nəfər olduğunu bildirib. Bu isə ölkə əhalisinin 13%-ini təşkil edir:

1. Yaşa görə pensiyaçılar – 750,000 (pensiyaçıların 60%-i)
2. Əlilliyi görə pensiyaçılar – 380,000 (pensiyaçıların 30%-i)
3. ABİ-yə görə pensiyaçılar – 150,000 (pensiyaçıların 10%-i)

Pensiya məbləğləri:

1. Minimum pensiya məbləği – 200 manat
2. Orta pensiya məbləği – 300 manat
3. Maksimum pensya məbləği – 18,208 manat

Pensiya artımı üzrə indeksasiya:

1. 2017-ci il üzrə – 5.7% artım
2. 2018-ci il üzrə – 3% artım
3. 2019-cu il üzrə – 16.6% artım

Mustafa Abbasbəyli bildirib ki, pensiya heç də həmişə 200 manat olmur. Hal-hazırda aylıq 18,208 manat pensiya alan şəxs var.

COP29

www.yenicag.az

1555
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv