Azərbaycanda FACİƏ: Azyaşlı uşaq atasını güllələdi

media-hightechnic-468x90

Göyçay rayon sakini tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.

Yenicag.az xəbər verir ki, rayonun Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Eyvazov Ariz Mübariz oğlu qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Araşdırma zamanı onun 6 yaşlı oğlunun əlində olan tir tüfəngindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə yarası aldığı məlum olub.

Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyyə əməliyyatı olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600