!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA/VİDEO

!Reklam – Yazi

13:05

Son bir ay ərzində Şamaxıda iki zəlzələnin baş verməsi təbii fəlakətin Bakı və Abşeron yarımadasında da təkrarlanması ehtimalını aktuallaşdırıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli Yenicag.az-a açıqlamasında qabaqcadan proqnoz verməyin çətin olduğunu deyib:

“Azərbaycanda zəlzələnin nə zaman baş verəcəyi və neçə bal olacağını proqnozlaşdırmaq imkanımız yoxdur. Desəm ki, zəlzələ olmayacaq, bunun özü proqnozdur. Bunun üçün əlimizdə əsas yoxdur. Hər an hər şey ola bilər, bunu proqnozlaşdırmaq mümkün deyil. Lakin yaxın zamanlarda güclü zəlzələnin olacağı gözlənilmir. Qaldı ki Bakı-Abşeron zonasına, bu ərazi güclü zəlzələ zonası deyil”.

“Bəs, Şamaxıda necə, güclü zəlzələ təkrarlana bilərmi” sualını şöbə müdiri belə cavablandırıb:

“Şübhələnməyə əsas yoxdur. Güclü zəlzələ artıq oldu, daha nə qədər olacaq ki?..”

Cəvahir

COP29

www.yenicag.az

6658
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv