Azərbaycanda heyvan satışı bazarlarında dezinfeksiya işləri aparılır

media-hightechnic-468x90

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Xaçmazda diri heyvan satışı bazarında dezinfeksiya tədbirləri aparıb.

Yenicag.az xəbər verir ki, bazar mexaniki yolla təmizləndikdən sonra agentliyin əməkdaşları xüsusi texnika vasitəsilə ərazini tam şəkildə dərmanlayıblar.

Profilaktik dezinfeksiya tədbirlərinin məqsədi heyvan satışı bazarlarında törədici patogen mikroorqanizmləri məhv etməklə onların törədə biləcəyi infeksion xəstəliklərin qarşısını əvvəlcədən almaqdır.

Bazarlarda dezinfeksiya tədbirləri ölkə üzrə mövcud olan bütün heyvan satışı bazarlarını əhatə edəcək və qısa müddətdə yekunlaşacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa