Azərbaycanda istifadəçilər ən çox hansı bank tətbiqindən razıdır?

media-hightechnic-468x90

“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırmanın nəticələrinə görə, Azərbaycanda istifadəçilərin ən çox razı qaldığı mobil bank tətbiqi “ABB Mobile” olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, araşdırma nəticələrinin əks olunduğu məlumata əsasən, “ABB Mobile” istifadəçilərinin 94,8%-i tətbiqdən razılıq ifadə edib. Onların 60,9%-i tətbiqə ən yüksək – “5”, 33,9%-i isə “4” qiymətini verib.

Bu baxımdan bank mobil tətbiqləri arasında ikinci sırada LeoBank qərarlaşıb. Araşdırmaya əsasən, bu tətbiqdən istifadə edənlərin 93,9%-i məmnun qalıb. Respondentlərin 58,3%-i “5”, 35,6%-i isə “4” bal qeyd edib.

Birbank istifadəçiləri arasında məmnunluq göstəricisi 91,2% təşkil edib. Onların 59,6%-i tətbiqi “5”, 31,6%-i isə “4” səviyyəsində dəyərləndirib. Daha az faizlə 7% “3”, 1,1% “2” və 0,7% “1” bal qeyd olunub.

Daha aşağı nəticələrlə “Ubank” və “Paşa Mobile Bank” gəlir. Ubank istifadəçilərinin 88%-i tətbiqdən razı olduğunu bildirib – onların 68%-i “5”, 20%-i “4” bal verib. Paşa Mobile Bank üzrə məmnunluq göstəricisi 80% olub. Respondentlərin 53,3%-i tətbiqi “5”, 26,7%-i “4” səviyyəsində qiymətləndirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05