09 aprel 2020-ci il tarixdə Ağcabədi rayonu ərazisində rayon sakini Sənan Rüstəmova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Ağcabədi rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Yenicag.az-a Ağcabədi rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqla zərərçəkmişin tanışı Kamil İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Sənan Rüstəmovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
www.yenicag.az