Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 855 yeni yoluxma faktı qeydə alınıb, 2 199 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 550 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 511 400 nəfər müalicə olunaraq sağalıb, 7 320 nəfər vəfat edib, aktiv xəstə sayı 31 726 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 002, ötən müddət ərzində isə ümumilikdə 5 301 252 test aparılıb.

 

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa