Hazırda Azərbaycanda 8 332 aktiv koronavirus xəstəsi var.
Bu barədə Yenicag.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.
Məlumata görə, onlardan 348 nəfəri reanimasiyada, 60-ı isə süni tənəffüs cihazındadır.
Qeyd edilir ki, son sutkada koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722 test aparılıb. Bununla da ölkədə indiyədək aparılmış koronavirus testlərinin sayı isə 516 533-ə çatıb.
Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 20 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib.
www.yenicag.az