Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda koronavirusla bağlı son vəziyyət

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2075-dir.

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 138, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 14-dür.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib, aktiv xəstə sayı 2075 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6137, ötən müddət ərzində isə ümumilikdə 917027 test aparılıb.

 

www.yenicag.az

307