!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda məşhur olan iş adamından AK Partiyaya sürpriz dəstək

!Reklam – Yazi

7221Türkiyə 1 noyabrda təkrar seçimə hazırlaşır. Ölkənin dörd bir tərəfində seçki hazırlıqları davam edir. Türkiyədə keçirilən seçkilərə Azərbaycanda uzun illərdən bəri çalışan iş adamlarından Hüseyn Büyükfırat da dəstəyini verib.

Belə ki, Şanlı Urfadan hakim AK Partiyanın 1-ci namizədi olan sabiq nazir Faruk Çelikin ilk seçki bürosunu Büyükfırat açıb.

Urfanın Əyyubiyyə rayonunda, Qızılay İş Mərkəzində açılan seçim bürosu şəhərin mərkəzində yerləşir. AK Partiya namizədlərinin seçicilərə təqdim edildiyi mərasimi keçmiş nazir Faruk Çelik açıb.

AK Partiya Şanlı Urfa Şəhər Şöbəsinin sədri Zeynəlabidin Bəyazgülün də qatıldığı mərasimdə “Büyükfırat” Restoranlar Şəbəkəsinin sahibi Hüseyn Büyükfırata verdiyi dəstəyə görə, təşəkkür edilib.

İnsan selinin axdığı mərasimə Çelik Hüseyn Büyükfıratla birlikdə gəlib və onunla meydandan ayrılıb.huseyin-buyukfirat-ak-parti-den-aday-adayi

Qeyd edək ki, Hüseyn Büyükfırat Türkiyədən Azərbaycana gələn ilk iş adamlarından biridir. Azərbaycanda Anadolu mətbəxinin ilk qaranquşu hesab olunan “Büyükfırat” restoranlar şəbəkəsinin qurucusu olan H.Büyükfırat eyni zamanda Paralel Şəbəkəyə qarşı göstərdiyi mübarizə ilə tanınır.

12071528_10207533286551769_215398485_n

12092349_10207533287151784_2130659502_n

03-10-2015-07-29-59312100

www.yenicag.az

873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv