Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

media-hightechnic-468x90

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 314 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 125, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 30 008 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 567 919, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 083 530, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 573 036, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 911 353 təşkil edir.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600