!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan xaricə artan KAPİTAL AXINI: “Kreditlər üzrə öhdəliklərin azaldılması...” – İqtisadçının ŞƏRHİ

!Reklam – Yazi

“Ticarət kreditləri üzrə öhdəliklərin azaldılması nəticəsində ölkədən 178 milyon dollar məbləğində xalis kapital çıxışı baş verib”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ölkə iqtisadiyyatının tədiyə balansı ilə bağlı mövcud vəziyyətini təhlil edən iqtisadçı Rövşən Ağayev bildirib.

Rövşən Ağayevin sözlərinə görə, ticarət kreditləri üzrə öhdəliklərin azaldılması nəticəsində ölkədən 178 milyon dollar məbləğində xalis kapital çıxışı baş verib:

“2019-ci ilin eyni dövrünə nisbətən bu ilin ilk 3 ayında ölkədən depozit və nağd valyuta formasında kapital çıxışı kəskin artıb. Belə ki, keçən ilin yanvar-mart aylarında Azərbaycan rezidentlərinin xaricdə saxladığı depozit və nağd valyutanın ölkəyə qaytarılması sayəsində bu maddə üzrə 368 milyon dollar xalis kapital qayıdışı baş vermişdi.

Bu il isə əksinə, rezidentlər bu xətlə ölkədən 611,4 milyon dollar çıxarıblar. Azərbaycan banklarının xaricdəki vəsaitlərinin geri qaytarılması hesabına 172,2 milyon dollar məbləğində xalis kapital qayıdışı, digər sektorların ölkədən apardığı vəsaitlər hesabına isə 834,5 milyon dollar xalis kapital çıxışı baş verib.

Halbuki bütövlükdə 2019-cu ilin yekunlarına görə, Azərbaycan rezidentlərinin xaricdəki depozit və nağd formada vəsaitlərinin geri qayıtması hesabına ölkəyə 2,2 milyard dollar xalis kapital girişi baş verib”.

İqtisadçı qeyd edib ki, ticarət kreditləri üzrə öhdəliklərdə də mənfi göstərici qeydə alınıb:

“Ticarət kreditləri üzrə öhdəliklərin azaldılması nəticəsində ölkədən 178 milyon dollar məbləğində xalis kapital çıxışı baş verib. Hesabat dövrü ərzində dəyəri Azərbaycana ödənmiş, lakin hesabat dövrünün sonuna müvafiq ölkəyə təqdim edilməmiş mal və xidmətlərin, həmçinin xaricdən idxal olunmuş, lakin dəyəri müvafiq ölkəyə ödənilməmiş mal və xidmətlərin birlikdə dəyəri bu kanallar üzrə xaricə göndərilmiş malların (xidmətlərin) ümumi dəyərindən və ödənən ümumi məbləğlərdən az olduqda, ticarət kreditləri üzrə öhdəliklər mənfi olur.

Beləliklə, qeyd olunan 2 kanalla ötən ilin yanvar-mart aylarında 718 milyon dollar daxil olmuşdusa, bu ilin eyni dövründə əksinə, 800 milyon dollar xalis kapital qaçışı baş verib”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1408
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv