“Azərbaycanı təbliğin modellərini öyrən, təbliğ et” layihəsi təqdim olundu
BDU-da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Azərbaycanı təbliğin modellərini öyrən, təbliğ et”” layihəsinin növbəti təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Zülfili Nicat Aqil oğlu layihənin əhəmiyyətindən danışaraq layihənin məqsədinin Azərbaycan həqiqətlərini və reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq gücündə və həvəsində olan gəncləri bir araya yığmaqdır. Bundan əlavə, gənclərə Heydər Əliyev Fondu, AMOR, YAP GB, AZEDER, ASAİF və s. kimi təşkilatların və onların rəhbərlərinin bu sahədə həyata keçirdikləri işlərə gənclərə təbliğ etmək, bu sosial bazada müvafiq formada gələcəkdə faydalanmaq, gəncləri sözügedən təşkilatların işində fəal olmağa çağırmaq, gənclər arasında vətənpərvərlik ruhunu təbliğ etmək olduğunu bildirib.
Daha sonra Zülfili Nicat yaxın günlərdə ölkəmizdə böyük idman tədbiri olan “İlk Avropa Oyunları” nın keçiriləcəyini vurğulayıb və gəncləri bu işlərdə feal olmağa çağırıb.
Təqdimatdan sonra layihə rəhbəri tələbələrin suallarını cavablandırıb.