Azərbaycanın bəzi yerlərində qaz kəsildi

media-hightechnic-468x90

Şəmkir şəhərinin General Mehmandarov küçəsinə və Tovuz rayonunun Vahidli kəndinə təbii qazın verilişi dayandırılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, buna səbəb qaz xətlərində aşkar edilmiş sızmalardır.

Hazırda Şəmkirdə təxminən 200, Tovuzda isə 150-yə yaxın abonentin qazı müvəqqəti kəsilib və sızmaların aradan qaldırılması istiqamətində iş aparılır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən də “Report”a təsdiq ediblər ki, “mavi yanacaq” təchizatının məhdudlaşdırılması ərazidə baş verən qaz sızması ilə bağlıdır: “Bu, planlaşdırılmış deyil, məcburi dayanmadır. Tezliklə təbii qazın verilişi bərpa ediləcək”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa