Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb

media-hightechnic-468x90

86c1f14234659402b5f607889d6db443Bu gün Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb.

media-banner_tkm

Bu münasibətlə təşkil olunan tədbirdə müqaviləni İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah bin Mosaad bin Əbduləziz əl-Səud, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimov imzalayıblar.

Qeyd edək ki, 2013-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasında Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək hüququ barədə qərar qəbul olunub.

İslam Həmrəylik Oyunları 2017-ci il iyunun 23-dən iyulun 2-dək keçiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05