!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Milli Qəhrəmanlarını əcnəbilər də tanıyacaq - FOTO

!Reklam – Yazi

“Vikipediya”da Azərbaycanın Milli Qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradılıb.

Yenicag.az-a daxil olan məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilis dilli Vikipediyada Milli Qəhrəmanlarımız haqqında məqalələr hazırlanıb.

Məqalələrdə Azərbaycanın Milli Qəhrəmanları – Mikayıl Cəbrayılov, Mövsüm Məmmədov, Zakir Yusifov, Əliyar Əliyev, Səfiyar Behbudov, Mehdi Abbasov, Aslan Atakişiyev, Koroğlu Rəhimov, Nofəl Quliyev, Valeh Müslümov, Vüqar Hüseynov, Yusif Əliyev, Cəlil Səfərov, Elgiz Kərimov, Fərhad Hümbətov, Fəxrəddin Musayev, Fikrət Hacıyevin həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilib.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər Milli Qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması üzərində iş aparılır.

A.Zeynalov

www.yenicag.az

5808
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv