!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk" - Poroşenko

!Reklam – Yazi

Ukraynanın prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Müstəqillik illərində Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirərək, qətiyyətlə yüksək inkişaf templəri nümayiş etdirir. Bu, şübhəsiz ki, Azərbaycan Respublikası üçün milli məsələ olan və Ukraynanın da bununla bağlı mövqeyinin dəyişilməz olduğu ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsinin həllinə yardım edəcəkdir. Biz, həmçinin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk.

Qəti əminəm ki, Sizin Ukraynaya rəsmi səfəriniz, Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti iclasının keçirilməsi ölkələrimizin xalqlarının rifahı naminə tərəfdaşlığımızın inkişafına güclü təkan verəcək. Fürsətdən istifadə edib, Sizin üçün münasib vaxtda Ukraynaya rəsmi səfərə dəvətimi təsdiq etmək istərdim.

Çox hörmətli cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

Yenicag.az

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv