!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın peyk xidmətlərinin ixracı 25 milyon dolları keçdi

!Reklam – Yazi

2018-ci ildə “Azərkosmos” ASC-nin peyk xidmətlərinin ixracının həcmi 25,6 milyon dollar təşkil edib.

Yenicag.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ramin Hüseyn deyib.

Onun sözlərinə görə, 2017-ci illə müqayisədə ASC-nin xidmətlərinin ixrac həcmi 12 faiz artıb. Xidmətlərin ixracından əldə edilən gəlirin həcmi ümumi gəlirlərin 87 faizini təşkil edib.

“Azərkosmos” 2018-ci ildə 24 ölkəyə xidmət göstərib. Operatorun peyk xidmətlərinin ixrac həcmi əsasən Fransa (11,8 milyon dollar), Malayziya (8,4 milyon dollar), BƏƏ (1,5 milyon dollar), Almaniya (941 min dollar) və Gürcüstanın (537 min dollar) payına düşüb:

“2018-ci ilin dekabrında peyk xidmətlərinin ixrac həcmi 1,6 milyon dollara bərabər olub. Proqnozlarımıza əsasən, bu il peyk xidmətlərinin ixracının artımı gözlənilir. Nəzərə almaq lazımdır ki, bu il Azərbaycanın ikinci telekommunikasiya peyki də kommersiya istifadəsinə veriləcək”.

COP29

www.yenicag.az

1542
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv