Azərbaycanın U-19 millisi yenə məğlub oldu

media-hightechnic-468x90

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Yenicag.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma meydan sahibi Kipr seçməsi ilə üz-üzə gəlib. Pafos şəhərində yerləşən “Peyia Municipal” stadionunda təşkil olunan qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələni dördüncü – sonuncu pillədə başa vurub.

Qeyd edək ki, millimiz qrupdakı ilk matçında İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600