!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq müzakirə edildi

!Reklam – Yazi

Düşənbədə Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda iclasda çıxış ediblər.

Sonra Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, mədəniyyət nazirinin müavini Səadət Yusifova, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə nitq söyləyiblər.

İclas protokolunun imzalanmasından sonra Azərbaycan nümayəndə heyəti ilə Tacikistanın Baş naziri Kohir Rəsulzoda, xarici işlər naziri Sirojiddin Muhriddin və Tacikistan Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Sheralizoda arasında görüşlər keçirilib.

www.yenicag.az

72
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv