!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı aktrisadan ÜRƏKPARÇALAYAN SÖZLƏR: "Onu itirmək istəmirəm, kömək edin"

!Reklam – Yazi

Aktrisa Rada Nəsibova ağır durumdadır, ona təcili olaraq 10 min manat lazımdır.

Yenicag.az-a açıqlama verən aktrisa xərçəng xəstəsi olan qardaş əvəzi dayısıoğlunun əməliyyat olunması üçün imkanlı şəxslərə üz tutub.

“Ailəmiz çətin sınaq ərəfəsindədir. Mənə qardaşım əvəzi olan Asim dayımoğludur, amma birgə böyümüşük. Universiteti bitirib, çox gəncdir, amma amansız xəstəlik onu cənginə alıb. Üç-dörd günə üçüncü əməliyyat olunmalıdır. Bunun üçün 10 min manat lazımdır. Əgər əməliyyat geciksə, şiş beyninə yayılacaq. Ümidvaram ki, xeyirxah insanlar bizim ailəni tezliklə sevindirəcək”.

Gözyaşlarına hakim ola bilməyən aktrisa yaxşı insanların köməyi sayəsində dayısıoğlunun həyata qayıdacağına ümid edib.

Cəvahir
Yenicag.az

COP29

www.yenicag.az

1456
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv