Rusiyalı məşhur balerina Anastasiya Voloçkova yenidən diqqət mərkəzinə düşüb.
Yenicag.az xəbər verir ki, 39 yaşlı rəqqasə sosial şəbəkədə yeni şəkillərini yayıb. Şəxsi hesabında yaydığı şəkillərdə Voloçkova sevimli pozasında – “şpaqat” da çəkdirdiyi şəkilləri paylaşıb.
Öz mikrobloqunda balerina yeni şəkilləri haqda belə yazıb: “Bu şəkillər insana pozitiv enerji verir. Bu pozada özümü həmişə səmimi və parlaq hiss edirəm”.
Qeyd edək ki, Anastasiya Voloçkova ilə azərbaycanlı biznesmen Bəxtiyar Səlimov arasında eşq macərası yaşanıb. Onların məhəbbət romanı düz 2 il davam edib. Bu qış balerina sevgilisindən ayrılmaq qərarına gəlib. O, bunu Bəxtiyar Səlimovun Moskvaya gec-gec gəlməsilə əlaqələndirib. 46 yaşlı iş adamı Bəxtiyar Səlimov Bakıda anadan olub.
www.yenicag.az