Azərbaycanlı diaspora üzvləri yüksək vəzifəyə təyin edildi

media-hightechnic-468x90

8050f23ced574a3595c7e5eda4977380Almaniyada Azərbaycan diasporunun iki üzvü yerli dövlət orqanlarında yüksək vəzifəyə təyin olunub.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, diasporun fəal üzvlərindən Könül İbrahimova Vinzen şəhərinin Emiqrasiya və İnteqrasiya İdarəsinin rəisi, Müşfiq Sultanov isə Oyskirxen şəhərinin Emiqrasiya və İnteqrasiya İdarəsi rəisinin birinci müavini vəzifələrinə təyinat alıblar.

M. Sultanov eyni zamanda bu ilin sonunda Almaniyanın Şimali Reyn-Vestfalia torpağının parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcək. Artıq onun namizədliyi qeydə alınıb. Almaniya Sosial Demokratlar Partiyasından namizədliyi irəli sürülən M. Sultanov APA-ya bildirib ki, burada seçkilərin mərhələli şəkildə həyata keçirilir: “Əvvəlcə ümumi torpağın daxilində şəhər, daha sonra bölgə, son olaraq, ümumi torpaq üzrə seçki keçiriləcək”.

Qeyd edək ki, “APA Holding” və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi “Sərhəddənkənar azərbaycanlılar” layihəsi çərçivəsində Avropanın bir necə ölkəsində fəaliyyət göstərən azərbaycanlılarla görüşlər təşkil olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600