Azərbaycanlı iş adamı saxlanıldı

media-hightechnic-468x90

1030772850Rusiyada surroqat spirtli içki satışı ilə məşğul olan azərbaycanlı iş adamı saxlanılıb.

Ötən ay Rusiyanın bir neçə regionunda saxta spirtli içkiyə görə zəhərlənmə faktı aşkar edilib. Təkcə Krasnoyarsk vilayətində 14 nəfər ölüb.

Keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Moskvada 160 min saxta spirtli içki saxlanılan anbar aşkarlanıb.

İnsan ölümü ilə bağlı açılan cinayət işi çərçivəsində qanunsuz bizneslə məşğul olan 28 yaşlı həmyerlimiz saxlanılıb.

Hazırda istintaq onun cinayətdəki rolunu araşdırır.

media-ziraat-728x90

Azərbaycanlı iş adamı saxlanıldı

media-hightechnic-468x90

85866Kazan şəhərində yanan “Admiral” Ticarət Mərkəzinin sahibi Hüseyn Qəhrəmanov saxlanılıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, 5 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı araşdırma aparan Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı iş adamının saxlanılması ilə bağlı məlumat yayıb. Onun həbs edilib-edilməyəcəyi yaxın günlərdə bilinəcək.

Xatırladaq ki, dünən Kazanda fəaliyyət göstərən “Admiral” ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, 36 nəfər isə yaralanıb.

Azərbaycanlı iş adamı Rusiya mətbuatına açıqlamasında bazarın yandırılması ilə bağlı təhdidlər aldığını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600