!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı jurnalistlər Beynəlxalq Media Şurasında - Fotolar - Yenilənir  

!Reklam – Yazi

Xarici jurnalistlər Türkiyənin Rizə şəhərində bir araya gəliblər. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Qaradəniz Mədəniyyət Turizm Media Şurası öz işinə başlayıb.

Anadolu Yayınçılar Dərnəyi və Qaradəniz Xəbər Agentliyinin təşkilatçılığı ilə baş tutan III Media Şurasına 31 ölkənin media mənsubu qatılıb.

Anadolu Yayınçılar Dərnəyinin baş katibi Çetin Altanın açıq elan etdiyi Media Şurasında AKP sədrinin müavini Hayati Yazıçı, AKP Rizə millət vəkili Hikmət Ayar, Rizə valisi Ərdoğan Bektaş, Anadolu Yayınçılar Dərnəyinin başqanı Sinan Burhan, Qaradəniz Xəbər Agentliyinin direktoru Həsən Yavuz Bakır və digərləri çıxış edərək, bu tədbirin önəmindən bəhs etdilər.

Qonaqlar xarici media təmsilçilərinin bölgəyə səfərini Anadolu mediası ilə dünya mətbuatının inteqrasiyası olaraq mühüm bir hadisə kimi vurğuladılar.

Qeyd edək ki, Media Şurasında Azərbaycan heyəti geniş tərkibdə təmsil olunur. “YeniÇağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, 7news.az saytının baş redaktoru Səbuhi Mübarizoğlu, İnteraz Televiziyasının əməkdaşı İqbal Rüstəmov, o cümlədən, Azərbaycan televiziyalarının Türkiyə təmsilçiləri Şurada iştirak edirlər.

Media Şurası rəsmi çıxışlardan sonra öz işinə panellərlə davam edəcək.

COP29

www.yenicag.az

2066
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv