Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı rusiyalı məşhuru qarət etdi - Bir gecədə hər şeyini itirdi - VİDEO

Rusiyada tanınmış musiqiçi Andrey Aleyev qarət olunub.

Yenicag.az xəbər verir ki, fermer təsərrüfatı ilə məşğul olan musiqiçi bir gecədə malik olduğu hər şeyi itirib. Onu qarət edənin isə öz işçisi, azərbaycanlı miqrant Samir Əlişanov olduğu bildirilir.

Əlil arabasında olan fermerin 1300 baş qoyun, inək və şəxsi istifadə üçün Əlişanova verdiyi avtomobili oğurlanıb.

Məlumata görə, Əlişanov fermada yoldaşı və uşaqları ilə birgə yaşayıb. İddialara görə, o, 2 ildir çalışdığı fermanı dekabrın 31-dən yanvarın 1-ə keçən gecə qarət edərək ailəsi ilə birgə yoxa çıxıb. Onun ətraf fermaların mal-qaralarını da oğurladığı bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bu qarətin uzun müddətdir planlaşdırıldığını ehtimal edirlər. Belə ki, bir gecədə fermanın bütün mal-qarasını satmaq mümkün olmazdı.

Hazırda faktla bağlı cinayət işi açılıb.

Emin

Loading...

www.yenicag.az

5175
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100