Azərbaycanlı tələbələr İsrailə yola düşür

media-hightechnic-468x90

скачанные файлы (6)Azәrbaycan Turizm vә Menecment Universitetinin 30 tәlәbәsi istehsalat tәcrübәsi keçmәk üçün оn gündәn sonra İsrailә gedәcәk.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bununla bağlı keçirilәn tәdbirdә çıxış edәn Mədəniyyət və Turizm nazirliyinin Elm, Tәhsil vә Gәnclәrlә iş şöbәsinin müdiri Yaşar Əliyev bildirib ki, bu Turizm vә Menecment Universitetinin İsrailin “Isrotel” otellәr şәbәkәsi ilә birgә proqramı әssında reallaşır. O bu kimi layihәlәrin Azәrbaycanda turizmin inkişafına tәkan verәcәyini qeyd edib.

Daha sonra çıxış edәn universitetin rektoru Cәfәr Cәfәrov proqramın artıq 8-ci ildir hәyata keçirildiyini qeyd edib: “Әvvәlki 7 ildә 93 tәlәbә istehsalat tәcrübәsi üçün İsrailә göndәrilib. 10 gündәn sonra daha 30 tәlәbә gedәcәk”.

İsrailin Azәrbaycandakı sәfiri Rafael Harpaz bu kimi tәdbirlәrin әlaqәlәrin güclü olmasının göstәricisi olduğunu deyib: “Bizim әlaqәlәrimiz inkişaf edir. Bu kimi proqramlarla әldә edilәn insan kapitalı Azәrbaycanı daha da güclәndirәcәk”. Sonda 30 tәlәbәyә pasport vә vizaları tәqdim olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600