Azərbaycanlılar daha bir Avropa ölkəsinə VİZASIZ gedə bilərlər - FOTO

media-hightechnic-468x90

Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb.

Yenicag.az xəbər verir ki, bununla əlaqədar martın 1-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın xarici işlər nazirinin müavini Besart Kadia imzalayıblar.

 

Qeyd edək ki, Azərbaycan vətəndaşları Makedoniya, Monteneqro, Bosniya və Herseqovina kimi Avropa ölkələrinə vizasız gedə bilərlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600