“Azərenerji”nin rəhbərindən yeni təyinat

media-hightechnic-468x90

72695“Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev yeni təyinat həyata keçirib.

E. Pirverdiyev Mehman Şamilovun rəisi olduğu Elektrik Avadanlıqlarının Quraşdırılması, Təmiri və Sazlanması İdarəsini, Etibar Əhmədovun rəisi olduğu Yüksək Gərginlikli Elektrik Verilişi Xətlərinin Quraşdırılması İdarəsini, gürcü əsilli Ronaldın rəisi olduğu və “Azərenerji”inin dövlət əhəmiyyətli layihələrin icra edilməsi idarəsini və həmçinin tələbə yoldaşı Əbülfət Kamilovun rəisi olduğu Aşağı Gərginlikli Elektrik Verilişi Xətlərinin Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsini ləğv edib. Ləğv edilən idarələrin bazasında yeni qurum – Elektrotexniki Avadanlıqların Quraşdırılması İdarəsi yaradılıb. Saytın məlumatına görə, E. Pirverdiyevin digər əmri ilə tələbə yoldaşı olan Əbülfət Kamilov bu idarəyə rəis təyin edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600