!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərindən etiraf: “O sevgini yaşamıram"- FOTOLAR

!Reklam – Yazi

Çoxdandır nə tədbirlərdə görünür, nə də yerli telekanalların efirində… Bakıda keçirilən “Türk kino həftə”sində gördük və fürsəti əldən vermədik. Heç vaxt şəxsi həyatından danışmayan müğənninin səmimi etiraflarını da eşitdik.

Əməkdar artist Azərinin Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Çoxdandır görünmürsüz, haralardasız?

– “TRT Avaz”da “Azərinlə tək ürək” verilişinin aparıcısıyam. Verilişin formatına uyğun olaraq, Türkiyə və Azərbaycanın tanınmış sənətçilərini qonaq dəvət edirəm. Mədəniyyətimiz vasitəsi ilə türk dünyasının birliyini, bərabərliyini nümayiş etdirirəm. Yəni belə bir gözəl missiyaya xidmət edirəm.

– Nə vaxtsa, Azərbaycanda sizi aparıcı kimi görə biləcəyikmi?

– Çətin məsələdir. Mən illərdir TRT-də çalışıram və onlar da məmnundur, mən də.

– Bir çox həmkarlarınız seriallara çəkilir. Heç rejissorlardan dəvət alırsınız?

– Mən müğənnilər arasında filmə çəkilən ən birincilərdənəm. “Arxada qalmış gələcək” filmində ana obrazını canlandırdım. Çox seçiciyəm. Xarakterimə uyğun rol olmalıdır ki, oynamağa qərar verim.

-Yəni, necə bir obraz?

– Ciddi.

– Aktrisa kimi özünüzü filmdə sınadınız. Rejissora tabe olan xanımsınız?

– İşinin peşəkarıdırsa, tabe ola bilərəm.

– Maşallah, çox cazibədarsınız. Təbii gözəllikdir, yoxsa…

– Allaha şükür, öz gözəlliyimdir, əməliyyat-filan etdirməmişəm. Amma kosmetoloqum var, müxtəlif prosedurlardan istifadə edirəm; üzümə vitaminlər vurdururam, el adəti ilə maskalar edirəm. Onu da deyim ki, kosmetoloqum da, saç ustam da Azərbaycandadır.

– Geyimlərinizdə çox konservativsiniz?

– Açıq-saçıqlığı sevmirəm. Həmişə belə olmuşam, yaşa dolduqca da buna çox diqqət edirəm.

– Şəxsi həyatınızda da çox qapalısınız?

– Bəli, şəxsi həyatım barədə danışmağı xoşlamıram. Şəxsi həyat insanın öz aləmidir və özünə məxsusdur. İş dünyasını açmağı xanıma yaraşdırmıram.

– Amma sənət adamısınız, həyatınız insanlar üçün maraqlıdır axı.

– Hər halda, mən də bu xalqın bir xanımıyam, fərqi yoxdur sənətçi oldum, ya olmadım.

– Şayiələrdən qorxmursunuz ki?

– Yox, qorxmuram. Özüm barədə heç vaxt şayiə eşitmədim: səhnədə necəyəmsə, həyatda da həmin adamam.

– Sizə kaprizli xanım demək olar?

– Yox, deməzdim. Hər halda, ətrafımdakılarla anlaşıram.

– Ən sərt xüsusiyyətiniz hansıdır?

– Yalanı, qeybəti, riyakarlığı sevmirəm. Bu cür hallar baş versə, sərt olaram.

– Ən sərt reaksiyanız necə olar?

– Həmin adamı “kəsib” ataram.

– Kinlisiniz demək?

– Allahın salamını verirəm, ondan başqa heç nə.

– Sizcə, ən böyük qisas unutmaqdır?

– Yox, elə şeylər var ki, unuda bilmirsən.

– Silib atdıqlarınız çox olub?

– Çox şükür, həyatımda elə şeylər olmayıb ki, bir insanı silib atım. Özümü həmişə başqasının yerinə qoymağı bacarıram.

– Ən dözülməz xüsusiyyətiniz hansıdır?

– Bunu heç vaxt mənə deməyiblər. Bircə prodüserim Cavid bəy deyir ki, tənbələm.

– Xanımı gözəlləşdirən sevgidir. Bu fikirlə razısız?

– Məncə, qadını gözəlləşdirən rahat həyatdır.

– Həyatınızda sevgi varmı?

– Açıq deyəcəm, hazırda həyatımda o sevgini yaşamıram.

– Heç dəli sevgi yaşamadınız?

– Vaxtında hamıdakı kimi oldu. Bu illər ərzində sevgimin ünvanı ailəm və sənətim olub. İki insan arasında olan sevgiyə gəlincə, uzun illərdir ürəyimdə o sevgi yoxdur.

– Həyat darıxdırıcı olmur belə?

– O qədər iş-güc var ki, darıxmağa heç vaxt olmur. İnsanı gözəl göstərən onun ruhudur. Qadının ruhu sağlam olanda hərtərəfli gözəl görünə bilər.

– Sevginin izahını üç sözlə ifadə edin.

– Vətən, bayraq, ailə.

– Xoşbəxt qadınsınız?

– Bəli. Çox şükür, xalq tərəfindən sevilirəm. Həmişə də bu sevgiyə qarşılıq verməyə çalışıram.

– Əks-cinsdə hansı xüsusiyyətlərə üstünlük verirsiniz?

– Mərdlik, dürüstlük.

– Bir çox müğənnilər prodüserləri ilə dava edib, ayrılır. Amma uzun illərdir ki, sizi Cavid bəylə bərabər görürük.

– Cavid bəylə 18 ildir ki, çalışırıq.

– Heç fikirayrılığı olmadı?

– O qədər davalarımız olub ki… Cavid bəy məndən 9 yaş böyükdür və bir-birimizi anlaya bilirik.

Cəvahir
Foto: Aytək

COP29

www.yenicag.az

4487
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv