!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərsu”da struktur dəyişikliyi edildi

!Reklam – Yazi

Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə” Qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, qərara əsasən, “Azərsu”nun tabeliyində ASC-nin “Birləşmiş Sukanal” MMC-nin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 nömrəli, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 nömrəli, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 nömrəli, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 nömrəli, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 nömrəli, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 nömrəli, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 nömrəli və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 nömrəli regional sukanal idarələri yaradılıb.

Qərarə əsasən, “Azərsu”nun İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək “Anbar Təsərrüfatı İdarəsi” adlandırılıb. Eyni zamanda, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti (TSC) və “Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil ediləcək. “Birləşmiş Sukanal” MMC hüquq varisliyi qaydasında ona qoşulan “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. Hər iki TSC-nin “Birləşmiş Sukanal” MMC-yə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti “Azərsu” ASC-nin sədrinə verilib.

“Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı isə “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılacaq.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” ASC-yə bu Qərardan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.

COP29

www.yenicag.az

1145
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv