Ötən gün axşam saatlarında “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 7 saylı özülündə quyunun açıq fontana keçməsi ilə bağlı informasiya yayılıb.
“APA-Ecoonmics” xəbər verir ki, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.
QHT rəhbərinin sözlərinə görə, işçilərin çoxu evakuasiya olunub.
Ekspert əlavə edib ki, “SOCAR-AQŞ” şirkətinin qazma briqadası və “28 May” NQÇİ-nin bəzi işçiləri tərəfindən baş verə biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülür.
“APA-Economics”ə SOCAR-dakı mənbə isə bildirib ki, sözügedən özüldə quyuda qaz sızması baş verib. Mənbə əlavə edib ki, qısa müddət ərazində sızmanın qarşısı alınıb.
SOCAR-dan “APA-Economics”ə bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir: “Açıq fontandan söhbət gedə bilməz. Bu, normal istehsalat təzahürüdür”.
Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, işçilərin həyatı üçün heç bir təhlükə yoxdur.
Yeniçağ.az
www.yenicag.az