AzTV-də bəzi rəhbər işçilər vəzifədən kənarlaşdırıldı
AzTV-də ixtisarlar davam edir.
Yenicag.az sivil.az-a istinadən xəbər verir ki, bu barədə telekanalın keçmiş əməkdaşı Kamal Almuradlı məlumat verib:
“Bu gün televiziyanın bədii rəhbəri Etibar Babayev, televiziyada tanınmış rejissor Elnur Məmmədov və “Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov işdən kənarlaşdırılıb. Bu hadisənin nə üçün baş verdiyi hələki məlum deyil. Bu şəxslər televiziyada ən çox maaş alan işçilərdir.
Birdən-birə televiziyadan bu üç önəmli şəxsin çıxarılması sübut edir ki AzTV-də ciddi problemlər var. Problemlərin kökündə isə zəif idarəetmə durur. Əgər belə davam edərsə, yaxın zamanda televiziyada ciddi narazılar ordusunun yaranacağı şübhəsizdir.
Artıq bunun ilkin fəsadları özünü biruzə verir”.
Ancaq bəzi məlumatlarda bu şəxslərin öz ərizəsi ilə işdən ayrıldıqları bildirilir.