AzTV-də kadr dəyişikliyi

media-hightechnic-468x90

ilham eliyev esas 50“Azərbaycan Televiziya və Radio Verilişləri” Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

Prezident İlham Əliyevin sərəncamı ilə sədrin radio üzrə müavini Cavanşir Cahangirov, sədrin televiziya üzrə müavini Faiq Hüsiyev işdən azad ediliblər.

Bu faktı Cavanşir Cahangirov təsdiq etdi: “Artıq bir aya yaxın idi ki, sədrlə münasibətlərimiz korlanmışdı və bilirdik ki, bizi vəzifəmizdən azad edəcək. Sərəncamdan xəbərim yox idi, bu haqda iş yoldaşlarımdan eşitdim. Yəqin axşam efirdə səsləndiriləcək”.

Faiq Hüsiyev isə bu haqda xəbəri olduğunu dedi və əlavə etdi ki, bir neçə dəqiqədən sonra bu barədə ətraflı açıqlama verəcək.

Məlumat üçün bildirək ki, AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan” televiziyalarının baş direktoru Elsevər Dünyamalıyev Arif Alışanovun radio məsələləri üzrə müavini təyin edilib. Rəşad Nəsirov isə televiziya məsələləri üzrə müavini olub(aznews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600