Azxeber.com 5 yaşını belə qeyd etdi-Video

media-hightechnic-468x90
BttRJIJNxT0UQm0Tac (1)Dünən “Mandarin Garden” restoranında AZXEBER.COM informasiya portalının 5 illik yubileyi ilə bağlı tədbir keçirilib. 
Mərasimdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, media kapitanları, QHT nümayəndələri, özəl sektorun təmsilçiləri, televiziya nümayəndələri və tanınmış jurnalistlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan tanınmış jurnalist Azər Niftiyev bildirib ki, AZXEBER.COM informasiya portalı 5 ildir yaranmasına baxmayaraq, ölkənin aparıcı xəbər portallarından birinə çevrilib və ictimai rəyə önəmli təsir imkanları qazanıb.
Daha sonra səhnəyə çıxan AZXEBER.COM informasiya portalının həmtəsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov çıxış edərək, portalın keçdiyi yoldan, əldə etdiyi uğurlardan bəhs ediblər və Azərbaycanda mediasının ən böyük dəstəkçisi və himayədarının Cənab Prezident İlham Əliyev olduğunu bildiriblər.
Sayt rəhbərlərinin çıxışından sonra AZXEBER.COM portalının fəaliyyətindən bəhs edən video-slayd nümayiş olunub.
İlk çıxış edən BDU-nun professoru, İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli qeyd edib ki, Hacıbəy Heydərli və Əfsələddəni Ağalarovu tələbəlik illərindən tanıyır: “Mən onlara dərs demişəm. Hələ BDU-da oxuduqları zaman əmin idim ki, onlar böyük jurnalist olacaqlar”.
Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasovun təbrik məktubu oxunduqdan sonra tədbirdə iştirak edən baş redaktorlar, QHT rəhbərləri, özəl sektorun təmsilçiləri və digər çıxışçılar AZXEBER.COM informasiya portalının uğurlarından danışıblar.
Çıxışçılar bildirib ki, beş il ərzində saytı qoruyub saxlamaq, onu inkişaf etdirmək və ölkənin aparıcı xəbər saytlarından birinə çevirmək böyük uğurdur.
Daha sonra yubiley tədbiri tanınmış teleaparıcılar Mələk Heydərova və Şəbnəm Hüseynovanın aparıcılığı ilə davam edib və tanınmış müğənnilər, sənət adamları öz ifaları ilə tədbirə əyləncə qatıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600